ABŞ bütün tərəfləri Pakistan-İran məsələsində təmkinli olmağa çağırır – Dövlət Departamenti

ABŞ bütün tərəfləri Pakistan-İran məsələsində təmkinli olmağa çağırır – Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ bütün tərəfləri Pakistan-İran məsələsində təmkinli olmağa çağırır.

TurkicWorld-un cümə axşamı verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz regionda hərbi eskalasiyadan narahatıq. Diqqətimizi məhz buna yönəldirik. Biz oktyabrın 7-dən hərbi eskalasiya ehtimalından çox narahatıq. Buna görə də gərginliyin qarşısını almaq üçün intensiv diplomatik səylər göstəririk. Biz Pakistan hökumətinin qonşularla əməkdaşlığın vacibliyi ilə bağlı şərhlərini gördük. Təbii ki, eskalasiyaya ehtiyac yoxdur və biz bütün tərəfləri bu məsələdə təmkinli olmağa çağırırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Pakistan hərbçiləri İran ərazisində olan “anti-Pakistan qrupları”na qarşı zərbələr endirib.

Yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu Pakistandakı "Ceyş əl-Zolm" qruplaşmasının qərargahına ballistik raket zərbəsi endirib.

Pakistan Xarici İşlər Nazirliyi buna cavab olaraq öz səfirini İrandan geri çağırıb. XİN hücumun "qanunsuz və qəbuledilməz bir hərəkət" olduğunu bildirib.