Mövlud Çavuşoğlu dekabr ayında Əbu-Dabiyə səfər edəcək

Mövlud Çavuşoğlu dekabr ayında Əbu-Dabiyə səfər edəcək

Xarici işlər naziri Mövlud Çavuşoğlu dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Mövlud Çavuşoğlu bunu Prezident Rəcəb Tayyib Ərdoğan və Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın Prezident Kompleksində keçirilən müqavilə imzalama mərasimində jurnalistlərə açıqlamasında deyib.

İki ölkə arasında çox səmərəli görüş olduğunu deyən Çavuşoğlu dekabrda Əbu-Dabiyə səfər edəcəyini bildirib.