Türkiyə və Gürcüstan XİN rəhbərləri Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib

Türkiyə və Gürcüstan XİN rəhbərləri Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili həmkarı Hakan Fidanla Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib.

TurkicWorld gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Hakan Fidan İliya Darçiaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.

Nazir onu da qeyd edib ki, Abxaziya və Cənubi Osetiya məsələləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Darçiaşvili də regionda sülhün möhkəmləndirilməsi istiqamətində ortaq səylərin müzakirə edildiyini qeyd edib.

"Ölkələrimizi maraqlandıran regional və qlobal hadisələri də ələ aldıq. Bu çərçivədə xüsusilə Cənubi Qafqazın çox uzun müddətdir davam edən qalıcı problemlərindən biri olan Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini müzakirə etdik və buradakı mövqelərimizi təkrar bir-birimizlə bölüşdük", - o bildirib.