Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır - Baş prokuror

Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır - Baş prokuror

Bakı. TurkicWorld:

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın müəyyən edilməsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və aidiyyəti digər qurumlarla birlikdə zəruri tədbirlər görülür.

TurkicWorld xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Kollegiya iclasında deyib.

O bildirib ki, lakin mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır və müvafiq məlumatları təqdim etməkdən imtina edir.

Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.