Qarabağdakı sülhməramlılar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir - Lavrov

Qarabağdakı sülhməramlılar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir - Lavrov

Bakı. TurkicWorld:

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur, bu, Moskva ilə Bakı arasında ikitərəfli münasibətlər məsələsidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim həqiqətən orada [Qarabağda] sülhməramlılarımız var. Amma bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşdirilib.