Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər

Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı. TurkicWorld:

Bu gün Küveyt Dövləti Milli Assambleyasının Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Parlamentdən TurkicWorld-ə bildirilib ki, qonaqlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov və digər rəsmi şəxslər müşayiət ediblər.