Türkiyənin ticarət naziri Küveytə rəsmi səfər edəcək

Türkiyənin ticarət naziri Küveytə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat sabah Küveytə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iki ölkə arasında ticari və iqtisadi əməkdaşlıq imkanlarını inkişaf etdirmək məqsədilə müxtəlif sektorlarda fəaliyyət göstərən 100-ə yaxın iş adamının iştirakı ilə Türkiyə İxracatçılar Məclisi tərəfindən Ticarət Nazirliyinin koordinasiyası ilə Ticarət Nümayəndəliyi Proqramı təşkil olunacaq.

Bundan əlavə, səfər çərçivəsində nazir Bolat Küveyt baş nazirinin iqtisadiyyat və investisiyalar üzrə müavini, neft naziri Saad Hamad Nasir Əl-Barak və Küveytin sənaye və ticarət naziri Məhəmməd Osman Əl-Ayban ilə ikitərəfli görüşlər keçirəcək.

Ləman Əsədli

X: Lamanasadli01