Türkiyə Küveytlə qarşılıqlı ticarəti artırmağı hədəfləyir - Bolat

Türkiyə Küveytlə qarşılıqlı ticarəti artırmağı hədəfləyir - Bolat

Bakı. TurkicWorld:

Türkiyə Küveytlə qarşılıqlı ticarəti artırmağı hədəfləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat öz rəsmi X sosial media hesabında bildirib.

Məlumata əsasən, Ö.Bolat Küveytin Sənaye və Ticarət Naziri Məhəmməd Osman və Küveytin biznes nümayəndələri ilə görüş keçirib.

"Burada türk iş dünyasının fəaliyyəti barədə müzakirələr aparacaq və hava limanı terminalını ziyarət edəcəyik. Türkiyə-Küveyt münasibətlərini sürətləndirərək, tam proqramla Ankaraya dönəcəyik. Qəzza ərazisində mülki yaşayış məntəqələrini və günahsız insanları vəhşicəsinə hədəfə alan və onların ölümünə səbəb olan İsrail rəhbərliyini şiddətlə qınayırıq. İslam dünyası olaraq ümid edirik ki, bu münaqişənin dayandırılması, atəşkəsin təmin edilməsi və iki dövlətli həllə nail olmaq üçün hər birimiz səylərimizi artırmağa davam edəcəyik", - deyə o paylaşımda vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Küveytə ixracatı 575 milyon dollar, qarşılıqlı ticarət isə 680 milyon dollar təşkil edib.

X: Lamanasadli01