Ölkəmizdə azad seçkilərin keçirilməsi üçün bütün şərtlər mövcuddur – İnam Kərimov

Ölkəmizdə azad seçkilərin keçirilməsi üçün bütün şərtlər mövcuddur – İnam Kərimov

Bakı. TurkicWorld:

Təbii ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir. Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur.

TurkicWorld xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov bu gün seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib.

O qeyd edib ki, ölkəmizdə seçki ilə bağlı əsas yük həmişə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının üzərinə düşür.

“İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”, - deyə o əlavə edib.

Xəbər yenilənəcək