Bakı. TurkicWorld:
Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2023-cü il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Azərbaycan Ordusunun cari il ərzində xidməti-döyüş fəaliyyətinin təhlili zamanı təlimlərin qoşunların döyüş qabiliyyətinin, eyni zamanda şəxsi heyətin peşəkarlığının artırılmasına müsbət təsir göstərdiyi bildirilib.
Qoşunların imkan və qabiliyyətlərinin yüksəldilməsi, əməliyyat və döyüş hazırlığı, kəşfiyyat xidməti, peşəkar kadrlarla komplektləşdirilməsi və digər sahələrdə əldə edilən nailiyyətlər diqqətə çatdırılıb.