Qərbin Ermənistana dəstəyi xristian həmrəyliyinin göstəricisidir – Rufiz Hafizoğlu

Qərbin Ermənistana dəstəyi xristian həmrəyliyinin göstəricisidir – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Qərbin Ermənistana dəstəyi xristian həmrəyliyinin göstəricisidir və bu hər zaman belə olub.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu BakuTV –də yayımlanan BAKU Aktual verilişində deyib.

Ermənistanın Fransa və digər dövlətlər tərəfindən silahlandırılmasına münasibət bildirən R. Hafizoğlu qeyd edib ki, bu, bölgəni yeni münaqişəyə sövq etmək cəhdidir.

“Ermənistan Qərbin və eləcə də ABŞ-ın regiondakı “Troya atıdır”,- deyə R.Hafizoğlu vurğulayıb.