Son dəqiqə

Azərbaycan Azər Qarayev SPECA

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Avropaya əsas çıxış imkanıdır - Azər Qarayev

Bakı. TurkicWorld:

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin Bakıda keçirilən Zirvə görüşü, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Sammitdəki çıxışı zamanı səsləndirdiyi fikirlər ölkə və beynəlxalq ictimaiyyət tərəfindən böyük diqqətlə qarşılandı.

Bu sözləri TurkicWorld-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. BMT tərəfindən yaradılmış poqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.

“Son iki il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər etməsi də bu ölkələrlə Azərbaycan arasında əlaqələrin sürətli inkişafına təkan verən başlıca amillərdəndir. Bu inkişafın nəticəsidir ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artıb. Azərbaycan eyni zamanda bu ölkələr üçün Avropaya əsas çıxış imkanıdır.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra yaratdığı yeni reallıqlar regiondakı təhlükəsizlik mühiti formalaşdırıb. Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi ona əlverişli tranzit imkanları yaradır”, - deyə A.Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın sürətli iqtisadi qüdrəti də beynəlxalq əlaqələrin inkişafına töhfə verən əsas amillərdən biridir.

“Tədbirdə Prezident İlham Əliyev öz çıxışı zamanı ölkəmizin uğurlu iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi.Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Bu göstəricilərə sahib dövlətlərin sayı olduqca azdır. Azərbaycanın iqtisadi potensialı beynəlxalq layihələri uğurla icra etməyə imkan verir”, - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da vurğlayıb ki, bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dost, qardaşlıq münasibətləri, siyasi əlaqələri də kifayət qədər yüksək səviyyədədir.

“Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı, Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşası da bu qardaşlıq əlaqələrindən xəbər verir. Prezident İlham Əliyev də çıxışı zamanı bunları vurğulayaraq dost-qardaş ölkələrə minnətdarlıq etdi.

Əminik ki, Bakıda keçirilən Zirvə görüşü əlaqələrin bundan sonra daha da inkişafına ciddi təkan verəcək”, - deyə A.Qarayev əlavə edib.

Mövzuya görə xəbərlər