Bakı. TurkicWorld:
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü hələ ki, planlaşdırılmayıb .
TurkicWorld xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə deyib.
Nazir müavini bəzi məsələlərdə vasitəçilərin mütləq olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 30-da Ermənistan-Azərbaycan sərhəddində iki ölkənin delimitasiya komissiyasının görüşü keçiriləcək.
Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bidiriblər ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.