Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan İkinci Qarabağ Müharibəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Media forumu

Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlü davranışının şahidi olduq - Ərdoğan

44 gün davam edən Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlü davranışının şahidi olduq. Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərlə qətlə yetirməsi heç gündəmə gətirilmədi. TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Media forumunda çıxışı zaman deyib. R.T.Ərdoğan bildirib ki, media müstəqilliyindən və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentlikləri kimi hərəkət etdi.

Mövzuya görə xəbərlər