Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan İran

Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir - İran səfiri

Bakı. TurkicWorld:

İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub.

TurkicWorld xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkə hesabında bildirib.

"Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyi təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır", - səfir qeyd edib.

Mövzuya görə xəbərlər