Son dəqiqə

Azərbaycan Böyük Britaniya Leo Dokerti

Leo Dokerti Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti yaxın zamanda Azərbaycana səfər edəcək.

Bu barədə TurkicWorld -ə Böyük Britaniyanın Bakı səfirliyindəki mənbədən xəbər veriblər.

Leo Dokertinin səfər çərçivəsində bir sıra hökumət məmurları ilə görüşlər keçirmək niyyətində olduğu qeyd edilib. Səfər proqramının digər təffərrüatı hələlik açıqlanmayıb.

Xatırladaq ki, Dokerti bundan əvvəl 2023-cü ilin fevral ayında Azərbaycana səfər edib.

Mövzuya görə xəbərlər