Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Zakir Həsənov

Zakir Həsənov BƏƏ-yə səfər edib

Bakı. TurkicWorld:

Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow - 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə TurkicWorld -ə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.

Mövzuya görə xəbərlər