Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Zəfər Günü

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib

Bakı. TurkicWorld:

8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən TurkicWorld -ə verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ziyarət çərçivəsində şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və onların yaxınları görüşüb, qayğıları ilə maraqlanıblar.

Mövzuya görə xəbərlər