Prezident İlham Əliyevin sayəsində Azərbaycan ordusu gücləndi, müasirləşdi - Hulusi Kılıç

Prezident İlham Əliyevin sayəsində Azərbaycan ordusu gücləndi, müasirləşdi - Hulusi Kılıç

Bakı. TurkicWorld:

Dünya var olduqca Azərbaycanın Qarabağ zəfəri qeyd ediləcək. Zəfərlər asan qazanlmır. Zəfər güclü bir liderin başçılığında xalqın birliyi, ordunun gücü ilə qazanılır.

Bu barədə TurkicWorld -in suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, Zəfər qazanmaq üçün şəhid vermək lazımdır. Şəhid qanıyla sulanan torpaq Vətəndir.

"Azərbaycanın Vətən Müharibəsində qazandığı zəfər tarixi zəfərdir. Bu zəfər bütün uğurların tacıdır. Bugün Azərbaycan Cənubi Qafqazın güclü bir ölkəsidir və regionda hər zaman sülhü sabitliyi istəyir, iqtisadiyyatı da günü gündən güclənir. Çünki ölkənin başında çox güclü bir lider- Prezident İlham Əliyev dayanır. Prezident İlham Əliyevin sayəsində Azərbaycan ordusu müasirləşdi, gücləndi və Azərbaycanın təhlükəsizliyi təmin edilir.

Bu zəfər Türk Dövlətlərində qeyd edilir. Qarabağ zəfəri hər birimizin bayramıdır",- deyə H.Kılıç əlavə edib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.