Xaricdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyi gücləndiriləcək

Xaricdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyi gücləndiriləcək

Bakı. TurkicWorld:

Xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların təhlükəsizliyinin gücləndirilməsi üçün dövlət büdcəsindən müvafiq vəsait nəzərdə tutulub.

TurkicWorld-in məlumatına görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu məsələ dövlət başçısının nəzarətindədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.