Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili lə görüşüb.

Baş Prokurorluqdan TurkicWorld-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanmış, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.