Son dəqiqə

Nikol Paşinyan Əli Əsədov

Əli Əsədov konfransda Nikol Paşinyanın cavabını verdi

Bakı. TurkicWorld:

Azərbaycanın beş qonşu ölkəsindən dördü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

"Ermənistanın baş nazirinə demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi. Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib.

Mövzuya görə xəbərlər