Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir - Hikmət Hacıyev

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə "POLITICO"ya müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - o deyib.

H.Hacıyev Ermənistan tərəfinin Azərbaycanın guya "Zəngəzuru tutmağı planlaşdırdığı" barədə təxribatçı açıqlamalarını təkzib edib.