Nazirlər Türkiyənin müdafiə sənayesi şirkətlərinin sərgisi tanış olub

Nazirlər Türkiyənin müdafiə sənayesi şirkətlərinin sərgisi tanış olub

Bakı. TurkicWorld:

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi üzrə "Yüksək səviyyəli müşahidəçi günü" çərçivəsində Türkiyənin müdafiə sənayesi şirkətlərinin sərgisi təşkil edilib.

TurkicWorld xəbər verir ki, təlimlər zamanı "Roketsan", "Havelsan", "Aselsan", "Türk havacılıq uzay sanayi" "Baykar" və "Bimek" şirkətinin stendləri nümayiş olunub.

Sərgidə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, mina atanlar, pilotsuz uçuş aparatları da nümayiş etdirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri sərgi ilə tanış olub.

Qeyd edək ki, Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.