Millət vəkilləri Anqolaya gedir

Millət vəkilləri Anqolaya gedir

Bakı. TurkicWorld:

Milli Məclisin deputatları Elnur Allahverdiyev, Kamran Bayramov və Sevil Mikayılova Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının işində iştirak etmək üçün oktyabrın 22-də Anqola Respublikasının Luanda şəhərinə səfər edəcəklər.

Parlamentdən TurkicWorld-ə bildirilib ki, deputatlarımız Assambleyanın "Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti" mövzusunda ümumi müzakirələrə qatılacaqlar, qurumun daimi komitələrinin iclaslarında müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

147-ci Assambleya çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təşkilatın institusional inkişaf prosesinə, beynəlxalq fəaliyyətinə və əməkdaşlıq perspektivlərinə həsr olunmuş iclası keçiriləcək.

Səfər oktyabrın 28-də başa çatacaq.