Baş nazirdən Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsaitlə bağlı AÇIQLAMA

Baş nazirdən Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsaitlə bağlı AÇIQLAMA

Bakı. TurkicWorld:

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir",- deyə Ə.Əsədov bildirib.