Bakı. TurkicWorld:
Qarabağ indi deyil, keçən il Ermənistanın bu statusu tanımasından sonra yekun olaraq Azərbaycanın bir hissəsi olub.
TurkicWorld xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Bakı və İrəvan dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olublar, o cümlədən, referendum ideyası müzakirə olunub.
Putin Qarabağdakı hadisələrdən sonra Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün heç bir maneə görmədiyini də vurğulayıb.