27 senbtyabr Türk dünyasının qürur günüdür - Keçmiş səfir

27 senbtyabr Türk dünyasının qürur günüdür - Keçmiş səfir

Bakı. TurkicWorld:

Ali Baş Komandan Prezident İlham Əliyevin tapşırğı ilə 2020-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsinin üçüncü ildönümüdür.

Bu barədə TurkicWorld-in suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, 27 senbtyabr Azərbaycanın zəfərini tarixə qızıl hərflərlə yazdığı günün başlanğıcıdır.

"Şəhidlərimiz oldu. Torpaq uğrunda ölən varsa, vətəndir. Şəhidlərimiz də Qarabağ üçün canlarından keçdi. Vətən torpağı çox dəyərlidir. Əgər kimsə göz dikərsə, gözü çıxarılmalıdır. 44 günlük Vətən Müharibəsi Azərbaycanın regiondakı gücünü ortaya qoydu. 27 sentyabr 30 il işğal altında olan torpaqların azad edilməsi, məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdışın, Türk dünyasının qürur gününə gedən yolun başlanğıcı oldu.

Şəhidlərimiz də daima qəlbimizdədir. Azərbaycan xalqının şəhidlərinə verdiyi dəyəri də bütün dünya gördü. Dünya həmçinin övladı şəhid olan ananın ikinci övladını da müharibəyə göndərdiyini gördü. Şəhidlərimiz öz canları ilə bu torpaqları bizə ərmağan etdi", - deyə H.Kılıç bildirib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.