Azərbaycan torpaqlarında hər kəsin sülh içində yaşaması bizim üçün prioritetdir - Ərdoğan

Azərbaycan torpaqlarında hər kəsin sülh içində yaşaması bizim üçün prioritetdir - Ərdoğan

Bakı. TurkicWorld:

Azərbaycan torpaqlarında hər kəsin sülh içində yaşaması bizim üçün prioritetdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıda keçirilən 78-ci BMT Baş Assambleyasının müzakirələrində deyib.

"Azərbaycan və Ermənistan arasındakı görüşü sonuna kimi dəstəkləyirik. Lakin Ermənistan Zəngəzur kolidoru ilə bağlı verdiyi sözləri tutmalıdır. Azərbaycan torpaqlarında hər kəsin sülh içində yaşaması bizim üçün prioritetdir. Hər kəsin qəbul etdiyi kimi Qarabağ Azərbaycandır "- deyə Ərdoğan qeyd edib.

O bildirib ki, bir millət iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımları dəstəkləyirik .

Hafiz Rufizoğlu