Beynəlxalq ictimaiyyətə Ermənistanın qarayaxma kampaniyasına uymamağı tövsiyyə edirik -XİN

Beynəlxalq ictimaiyyətə Ermənistanın qarayaxma kampaniyasına uymamağı tövsiyyə edirik -XİN

Bakı. TurkicWorld:

ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair şərhində deyilir.

""Hərbi hücum" iddiası ilə bağlı isə Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etmədiyini vurğulayaraq, əksinə milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü, bu istiqamətdə Ermənistan və onun qondarma qurumu tərəfindən törədilən maneələrə baxmayaraq, qərarlı olduğumuzu bildiririk. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır", - deyə şərhdə qeyd edilib.