Vətən müharibəsindəki qələbə qəhrəman şəhidlərimizin qanı bahasına əldə olundu - Allahşükür Paşazadə

Vətən müharibəsindəki qələbə qəhrəman şəhidlərimizin qanı bahasına əldə olundu - Allahşükür Paşazadə

30 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi.

TurkicWorld-un məlumatına görə, bunu Təzəpir məscidində keçirilən Anım Günü tədbirlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

“Azərbaycan xalqı daim şəhidlərin xatirəsini əziz və uca tutur. Biz də bu gün şəhidlərimizin xatirəsini andıq, onların ruhuna dualar oxuduq”- deyə o qeyd edib.

QMİ sədri bildirib ki, bu tarix hər bir azərbaycanlının şərəf, qürur günüdür: “Azərbaycan xalqı 2020-ci il 27 sentyabrda illərlə işğalda olan torpaqlarını azad etmək, sahib çıxmaq üçün haqq mübarizəsinə başladı. Azərbaycan vətəndaşları dinindən asılı olmayaraq canlarını fəda etdilər, bu gün onları rəhmət duaları ilə yad edirik, ailələrinə, doğmalarına başsağlığı veririk, qazilərə şəfa diləyirik”.