Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Bakı. TurkicWorld:

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.