Azərbaycan peyklərinin orbitə buraxılması ilə bağlı İlon Maskla fikir mübadiləsi aparılıb

Azərbaycan peyklərinin orbitə buraxılması ilə bağlı İlon Maskla fikir mübadiləsi aparılıb

Bakı. TurkicWorld:

“Tesla”-nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük.

TurkicWorld xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Rabitə naziri Rəşad Nəbiyev öz facebook səhifəsində paylaşım edib.

““Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.