Son dəqiqə

Azərbaycan Ermənistan Kanada

Kanada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşulub

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi daha bir ölkənin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarına əsasən Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşulacaq.

“Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, - qərarda deyilir.

Qeyd edək ki, məlumatda o bildirilir ki, qərar qəbul olunduğu gündən qüvvəyə minir.

Mövzuya görə xəbərlər