Son dəqiqə

Azərbaycan Qoşulmama Hərəkatı Narayan Prakaş Saud Nepal

Nepalın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Nepalın xarici işlər naziri Narayan Prakaş Saud bu gün Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində iclasında iştirak etmək üçün Azərbaycana gəlir.

Bu barədə çərşənbə axşamı TurkicWorld-ə diplomatik mənbədən məlumat verilib.

P.Saud iyulun 5-də konfransda çıxış edəcək. Nepalın xarici işlər naziri səfər çərçivəsində Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə, həmçinin müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

Səfər iyulun 8-də başa çatacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.

Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. Baxmyaraq ki, ölkənin təşkilata sədrlik müddəti pandemiyanın qızğın çağına təsadüf etdi, rəsmi Bakı öz sədrlik missiyasını uğurla yerinə yetirdi və daha 1 il hərəkata sədrlik etmək hüququ əldə etdi.

Mövzuya görə xəbərlər