Malayziyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Malayziyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

TurkicWorld bu barədə bazar ertəsi xəbər verir.

Onun sözlərinə görə, tədbir Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin təşkilatın fəaliyyəti ilə əlaqədar məsələləri müzakirə etməsinə imkan verəcək.

Zambri Abdul Kadir "Qoşulmama Hərəkatı: yeni çağırışlara qarşı mübarizədə birlik və sarsılmazlıq" mövzusunda bəyanatla çıxış edəcək.

"Bundan başqa, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə etmək və beynəxalq məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün həmkarlarımla bir neçə ikitərəfli görüşlər də keçirəcəyəm", - o deyib.

Qeyd edək ki, 5-6 iyul tarixlərində Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində görüşü keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)