Bakı. TurkicWorld:
Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
TurkicWorld-un məlumatına görə, bu barədə heyətin "Twitter" hesabında qeyd edilib.
"Azərbaycan türkü qardaşlarımızın Silahlı Qüvvələrinin 105-ci ildönümü mübarək olsun. Tək yumruq, tək ürəyik", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanda 26 İyun - Silahlı Qüvvələr Günü kimi qeyd edilir.







