Azərbaycanın Tatarıstanla qardaşlığı Rusiya ilə müttəfiqlik əməkdaşlığının tərkib hissəsidir - Polad Bülbüloğlu

Azərbaycanın Tatarıstanla qardaşlığı Rusiya ilə müttəfiqlik əməkdaşlığının tərkib hissəsidir - Polad Bülbüloğlu

Bakı. TurkicWorld :

Tatarıstanla qardaşlığımız Rusiya ilə müttəfiq əməkdaşlığımızın tərkib hissəsidir.

TurkicWorld -in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda keçirilən və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tatarların milli bayramı Sabantuya həsr olunan tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

"Azərbaycanın hörmətli iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov son vaxtlar görülən bütün işləri işıqlandırıb. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, hörmətli Rəisin Azərbaycana səfəri bizim üçün çox xoş, çox mühüm hadisədir. O, işğaldan azad edilmiş ərazilərdə olub, tariximizin o faciəli səhifələrini öz gözləri ilə şahidi olub, görüb. Tatarıstanla qardaşlığımız Rusiya ilə əməkdaşlığımızın, müttəfiqlik əməkdaşlığımızın tərkib hissəsidir. Demək istəyirəm ki, Sabantuy burada, bizdə Azərbaycanda uzun illərdir keçirilir. Ancaq bu gün bu bayram xüsusi əhəmiyyət kəsb edir, çünki Tatarıstan Rəisi bu bayram üçün xüsusi olaraq gəlmiş çox böyük hörmətli nümayəndə heyəti ilə buradadır", - deyə o bildirib.