Pakistanın Baş naziri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Pakistanın Baş naziri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

TurkicWorld-in məlumatına görə, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.