Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizəyə dair Saziş təsdiqlənəcək

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizəyə dair Saziş təsdiqlənəcək

Bakı. TurkicWorld:

Azərbaycanla Bosniya və Herseqovina arasında saziş təsdiq ediləcək.

TurkicWorld xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.