Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək

Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək

Bakı. TurkicWorld:

Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək.

TurkicWorld xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda qeyd olunub.

Sənəddə qeyd olunub ki, layihənin icraçısı SOCAR-dır.

Yekun nəticədə Naxçıvan Muxtar Respublikası ərazisində qaz təchizatının dayanıqlığı yaxşılaşdırılacaq.