Qarabağın statusu məsələsini Azərbaycanın daxili işi sayırıq - Ararat Mirzoyan

Qarabağın statusu məsələsini Azərbaycanın daxili işi sayırıq - Ararat Mirzoyan

Bakı. TurkicWorld:

Qarabağın erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə əlaqədar bütün məsələlər Xankəndi-Bakı dialoqu çərçivəsində həll olunmalıdır. Ermənistan Qarabağın statusu barədə danışıqların aparılmasına iddia etmir, belə ki, bunun üçün mandatı yoxdur.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il üzrə büdcənin icrasına dair müzakirələrdə deyib.

"Bəli, biz Qarabağ əhalisindən onun gələcəyi barədə danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsində də buna iddia və ya cəhd etmirik", - Mirzoyan deyib.

"İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində yalnız Qarabağ erməniləri və rəsmi Bakı arasında dialoqun mexanizmini müzakirə edir, belə ki, onsuz dialoq prosesi natamam və uzunmüddətli ola bilər", - deyə Ermənistanın xarici işlər naziri deyib.

Xatırladaq ki, bundan əvvəl də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 kv. km ölçüdə ərazi bütövlüyünü tanıdığını bildirib ki, buraya həm Qarabağ, həm də Sovet Azərbaycanının anklavları (qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) daxildir.