Ermənistan və onun havadarları yeni reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirir - Ceyhun Bayramov

Ermənistan və onun havadarları yeni reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ADA universitetində diplomatlar üçün "Xarici Siyasət Proqramı"nın bağlanış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər", - deyən nazir əlavə edib.