Erməni silahlı dəstələrinin fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb

Erməni silahlı dəstələrinin fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb

Bakı. TurkicWorld:

Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən TurkicWorld-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.