Bugün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Bugün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Bakı. TurkicWorld:

Bugün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşünün keçirilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

Ermənistan baş naziri bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirə olunacaq.

Qeyd edək ki, Nikol Paşinyan İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə edildiyini bildirib.