Moldovada Azərbaycan və Ermənistan liderlərinin görüşünü səbirsizliklə gözləyirik - Şarl Mişel

Moldovada Azərbaycan və Ermənistan liderlərinin görüşünü səbirsizliklə gözləyirik - Şarl Mişel

Bakı. TurkicWorld:

Mən Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirəm.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün "Twitter" səhifəsində yazıb.

"Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləmək və sərhədlərin delimitasiyasında irəliləyiş, eləcə də sərhəd bölgələrində risklərin azaldılması vacibdir", - deyə o bildirib.