Birinci vitse-prezident Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib

Bakı. TurkicWorld:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instagram hesabında Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi münasibətilə paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!" – Mehriban Əliyeva qeyd edib.