Bakı. TurkicWorld:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.
TurkicWorld-un məlumatına görə, səfirin bu barədə videomüraciəti "Twitter" hesabında paylaşılıb.
"Əziz azərbaycanlılar! 28 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini əldə edib və Şərqdə ilk dünyəvi demokratik respublikanı qurub. Bu respublikanın dəyərləri bizim bu gün də yaşadacağımız dəyərlərdir. Azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı, 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz! Bütün Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edirəm "- deyə paylaşımda bildirilib.