TDT-nin baş katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

TDT-nin baş katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib

Bu barədə TurkicWorld-a TDT-nin mətbuat xidmətindən bildirilib.

"28 May - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi ilə türk və İslam dünyasında ilk demokratik respublikanın yaradılması mühüm tarixi hadisə oldu.

Müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlara imza atan Azərbaycan Respublikası Prezident İlham Əliyevin regionda və regiondan kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsində müdrik və ardıcıl siyasəti sayəsində inkişafını davam etdirib və mühüm oyunçuya çevrilib.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına göstərdiyi daimi dəstəyə görə dərin minnətdarlığımı bildirir, bütün Azərbaycan xalqına rifah və xoşbəxtlik arzu edirəm", - deyə K.Omuraliyevin təbrikində deyilir.