Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir - Vladimir Putin

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir - Vladimir Putin

Bakı. TurkicWorld:

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

TurkicWorld xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

"İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq", - deyə Rusiya Prezidenti bildirib.